Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir. Azərbaycanla strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”, - deyə nazir bildirib.