ABŞ-ın mövqeyi dəyişsə belə, Avropa İttifaqı Ukraynaya yardım göstərməyə davam etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Ukraynaya dəstək 2024-cü ilin əsas məsələlərindən biridir. Avropa güclü iradəyə və bunu reallaşdıra biləcək vasitələrə malikdir. Vaşinqtonun dəstəyi olmadan da Ukraynaya kömək göstərilməlidir. Bəli, bunu biz etməliyik. Önümüzdəki aylarda seçimimizi ortaya qoymalıyıq. Hiss olunur ki, bəzi Aİ ölkələri şübhə etməyə başlayır. Amerikalı tərəfdaşlarımızda da şübhə mümükndür, lakin biz Ukraynanı dəstəkləməkdən geri çəkilməməliyik. Çünki dinc yaşamağımız bundan asılıdır. Avropanın təhlükəsizliyi qorxu altındadır", - Makron bildirib.