Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq".
Qeyd edək ki, bu gün İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb, 13 terrorçu məhv edilib.