25 Dekabr 2023 14:14
6 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son birbaşa danışıqlarda əldə edilən nəticə göstərdi ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik səylərinə diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Briliyi və MDB-nin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi. Rusiya Prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq dillə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və KTMT-ni tərk etməyəcəyini əminlikdə bildirmişdi. Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda (Zəngəzur – red.) Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa, Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib.

Prezident İlham Əliyev də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcək. Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq. Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamamlıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur.

Liderlərin üçtərəfli görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdi ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər