27 Dekabr 2023 19:14
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Ermənistan üçün bütün qapılar açıqdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Təbrizdə Ermənistanın konsulluğu açılacaq. İran Qafanda konsulluq açdığına görə, Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb. Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu. Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır.

Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər