Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi.
Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.