12 Yanvar 12:06
2 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan gələn separatçıların “siyasi struktur” qurmalarına imkan vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan Qarabağdan Ermənistana gələnlərin problemləri ilə məşğul olacaq, eləcə də onların Qarabağa qayıdışına dair Azərbaycanla danışıqlar aparacaq struktur formalaşdırmağa can atan Samvel Babayanı məyus edib. Paşinyan əvvəlcə buna meylli olub, amma son vaxtlar bu fikrindən vaz keçib. Babayanın ətrafı bildirir ki, o, imtina qərarını sərt qəbul edib, özünü aldadılmış sayır”, - məlumatda deyilir.

Nəşr yazır ki, Paşinyan separatçıların İrəvandakı fəaliyyətini Ermənistanın təhlükəsizliyinə təhdid kimi qəbul edir, buna görə də yeni “siyasi struktur” yaratmaq fikrindən əl çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər