19 Yanvar 22:42
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan növbəti məğlubiyyətə çox yaxındır. son addımları onu sürətlə buna aparır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün əlindən gələni edir. Məhz İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən imzalanma prosesi uzanır. Birincisi, Ermənistan Zəngəzur dəhlizinin maneəsiz istifadəsi ilə razılaşmır, İran, Fransa və bəzi digər Qərb dövlətlərinin təlimatı ilə bundan yayınır. İrəvan bu çərçivədə əlavə şərtlərlə çıxış edərək Azərbaycanın bu yoldan istifadəsini əngəlləyir. İkincisi, sülh müqaviləsinin zəmanətçi dövlətin vasitəçiliyi ilə imzalanması təklifini irəli sürürərək, iki ölkə arasındakı məsələləri beynəlxalq müstəviyə çıxarmağa çalışır. Üçüncüsü, Ermənistan Hindistan və Fransa kimi ölkələrdən hücum silahları alır. Dəhliz və sülhə mane olmaq istəyən İran da bu silahların daşınması üçün qapılarını Ermənistanın üzünə taybatay açıb. Dördüncüsü, Qərbin bir neçə paytaxtından təlimat alan İrəvan sülh sazişinin Vaşinqton və ya Brüsseldə imzalanmasında təkid edir”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan bu təkliflərin heç birini qəbul etməyəcək:

“Yaxın Şərq və Şərqi Avropada hərbi-siyasi gərginlik yüksələn xətt üzrə gedir. Yeni silahlı münaqişələr ortaya çıxır. İranla Pakistan arasındakı son gəlişmələr buna nümunədir.

Beynəlxalq münasibətlərin gərginləşməsi, bəzi hallarda qırılma nöqtəsinə çatması Ermənistanla Azərbaycan arasında da sülhə maneələr yaradır. Qərb və Rusiya sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür. Ermənistanın silahlandırılması məhz sülh prosesini pozmaq və onu Azərbaycana qarşı yeni təxribatlara cəlb etmək məqsədi daşıyır.

Ermənistan növbəti məğlubiyyətə çox yaxındır. Son addımları onu sürətlə buna aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər