Bu gün Brüsseldə 27 üzv dövlətin xarici işlər nazirlərinin iştirakı ilə Avropa Birliyi Xarici İşlər Şurasının toplantısı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, sessiyaya AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel sədrlik edəcək.
Şuranın Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcəyi bildirilir.
Azərbaycan və Ermənistan arasındakı son durum da müzakirə olunacaq mövzular arasındadır.