24 Yanvar 13:54
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bəyan edir ki, İranı Qafqaza buraxmayacaq və Türkiyənin bölgəyə girməsi maraqlarına uyğundur.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

“ABŞ İran və Rusiyanın Qafqazda olmasında maraqlı deyil. Orta dəhliz də iqtisadi yox, hərbi-siyasi məsələdir. Bu o məsələdir ki, Türkiyə və Azərbaycan birləşməlidir. Onların (Qərbin) İstanbuldan Bakıya qədər NATO üzvü olan böyük Türkiyəsi olmalıdır. Yəni Qara, Aralıq və Xəzər dənizlərində NATO donanması olmalıdır. Qərbin məqsədi Qafqazın Türkiyənin nəzarətində olmasıdır. Bu plana görə, Sünik (Zəngəzur) tədricən Ermənistanın nəzarətindən çıxmalıdır, bu, addım-addım ola bilər. Əvvəlcə deyəcəklər ki, zorla açmayın, amma keçid olmalıdır. Sonra Türkiyə və Azərbaycandan milyardlarla investisiya qoyulacaq, sonra orada biznes olacaq”, - ekspert bildirib.

Xaçikyanın iddiasına görə, Qərb həm də buna görə İranı Yaxın Şərqdə müharibəyə sürükləyir:

“Mümkündür ki, eskalasiya nəticəsində ABŞ-nin də bəyan etdiyi kimi, İrana qarşı hava hücumları olacaq. İrana qarşı müharibə olarsa, bura İsrail, ABŞ, Böyük Britaniya, ola bilsin, Fransa və Türkiyə də qoşulsun. İran bu qüvvələrə necə müqavimət göstərəcək, bilmirəm, Rusiya bu vəziyyətdə İrana kömək edə bilməyəcək”.

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesi Ermənistanın istəmədiyi kimi inkişaf edir:

“Türkiyə və Azərbaycanın güc potensialı artır, bizimki isə azalır. Ətrafımızda vəziyyət getdikcə ağırlaşır. Bizim iki potensial müttəfiqimiz var idi: Rusiya və İran. İndi onların heç biri ilə sabit münasibətlərimiz yoxdur”.

Xaçikyana görə, Zəngəzur dəhlizi hərbi, yaxud siyasi variantla açılacaq və dünya bu durumu qəbul edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər