25 Yanvar 14:25
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Delimitasiya və demarkasiya prosesində ən vacib məsələ hüquqi qiymətdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin sədri Suren Tovmasyan deyib.

“Hüquqi qiymətləndirmə əsasında prosesin hansı xəritələr üzərində aparıla biləcəyini söyləmək olar. Bu işlər aparılır, Ermənistan baş nazirinin müavininin (Mqer Qriqoryan) rəhbərlik etdiyi qrup var, orada mənim müavinlərim də yer alır, gündəlik iş aparılır”, - komitə rəhbəri bildirib.

Tovmasyanın sözlərinə görə, nəticələr olanda ictimaiyyətə açıqlanacaq.

Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr şəhadətnaməsi olmadığını deməsi ilə bağlı Tovmasyanın fikrincə, bu, Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiya olunmaması ilə bağlıdır.

“Ermənistanın sərhədləri demarkasiya və delimitasiya edildikdə, bu, özlüyündə Ermənistanın sərhədlərinin sənədləşdirildiyi və Ermənistanın suveren ərazisi haqqında məlumatı olduğu anlamına gələcək”, - komitə sədri vurğulayıb.

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə müvafiq komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər