25 Yanvar 16:19
2 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bu gün hərbi meydanda Azərbaycanla üzləşməyə hazır deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Azərbaycan hücum edəcəyi təqdirdə Ermənistan özünü hərbi baxımdan müdafiə edə bilməyəcək.

Karapetyan Ermənistanın hərbi-siyasi rəhbərliyini özünü Azərbaycanın milli təhlükəsizlik və müdafiə sahəsindəki təcrübə və biliyi ilə müqayisə etməyi təklif edib.

“Bir də soruşaq ki, bizim rəhbərliyimiz o qurdlara, qrossmeysterlərə, öz siyasətini quran, güc sahibi olan, regional siyasətin nə olduğunu bilən savadlı insanlara qalib gələ bilərmi?”, - sabiq müdafiə naziri vurğulayıb.

Karapetyan fikrini obrazlı şəkildə ifadə edib:

“Bu, məhəllə futbol komandası üçün Braziliya millisi ilə oyuna hazırlaşmaq kimi bir şeydir.

Meydan sahiblərinin heç olmasa bir top vurmaq şansı varmı? Çətin ki... Hələ şahmatdan danışmıram - yalnız ilkin gedişləri bilən adam və qalib gəlmək şansı daha çox olan qrossmeysterin oyunundan. İndi biz belə bir vəziyyətdəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər