Ermənistanın “İctimai” televiziyası bu ölkənin himni ilə bağlı kadrlardan Ağrı dağını çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi” Partiyası sədrinin müavini Aram Manukyan məlumat verib.
“İctimai” televiziya şirkəti Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirməyə başlayıb, artıq Ararat (Ağrı dağı) dövlət himninin kadrlarında yoxdur. Araratı yığışdırıblar. Yəni proses gedir, dövlət himnimizin videovariantından Ararat çıxarılıb”, - siyasətçi bildirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bundan əvvəl gerb və himninin dəyişdirilməsini təklif edib. Qeyd edək ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası dövlət gerbində “Ararat” adlandırdıqları Ağrı dağı ilə simvollaşdırılıb.