3 Fevral 12:05
3 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Azərbaycanla sülh müqaviləsini maneəsiz imzalamaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana ölkə daxilində əlavə legitimlik əldə etməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Əldə etdiyimiz məlumata görə, Qərb sülh müqaviləsini maneəsiz imzalaması üçün Paşinyandan ölkə daxilində əlavə legitimlik əldə etməyi tələb edib. Diplomatik mənbəmizin sözlərinə görə, Qərb Paşinyanın addımlarına legitimlik vermək və mümkün qədər gözlənilməz nəticələrin qarşısını almaq üçün müəyyən siyasi bonus hədiyyə eləməklə ona hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Qərb ya erkən seçkilər, ya da Nikol Paşinyanın istədiyi kimi, yeni Konstitusiya üzrə referendumla Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqları sürətləndirməyə və bu məsələni ən qısa zamanda həll etməyə hazırdır. Mənbəmizin fikrincə, başqa bir bonus Qarabağ ermənilərinin problemlərinin həlli üçün Qərb tərəfindən kifayət qədər ciddi pulların verilməsi ola bilər”, - məlumatda deyilir.

“Past” iddia edir ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazır deyil və bu yöndə imzalanacaq müqavilə daxildə Paşinyana problemlər yarada bilər.

Nəşr məhz bu səbəbdən Qərbin Ermənistan daxilində Paşinyan hakimiyyətinin təhlükəsizliyini gücləndirməyə çalışdığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər