5 Fevral 13:34
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən təhlükəlisi məlumatı natamam təqdim etməkdir. ABŞ müxtəlif ölkələrdə belə təhlükəsizlik siqnalları verir, əvvəlki xəbərdarlıqlara diqqət yetirsəniz, bunun müəyyən ərazilər üçün rejimin yumşaldılması demək olduğunu görərsiniz.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Vladimir Vardanyan ABŞ səfirliyinin öz vətəndaşlarını bəzi sərhədyanı ərazilərə getməmək çağırışını şərh edərkən deyib.

Komitə sədri ABŞ səfirliyinin bu mesajının Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiya riskindən irəli gəlib-gəlmədiyi sualına belə cavab verib:

“Yeni təhlükə müzakirə mövzusu deyil, əksinə, müəyyən yerlərdə rejimin yumşaldılması müşahidə olunur. Bu cür siqnallar ABŞ səfirliyi tərəfindən mütəmadi olaraq verilir, bunu sadəcə son vaxtlar verilən bəyanatlarla müqayisə etmək lazımdır. Bu, adi bir təcrübədir. Biz izləmirik, amma bir çox hallarda Avropa ölkələri ilə bağlı da oxşar bəyanatlar verilir. Məsələn, deyilir ki, bu şəhərdə olmaqdan çəkinin, çünki mitinqlər və ya tətillər planlaşdırılır. Bu, ümumi praktikadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər