7 Fevral 13:09
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Cənubi Qafqazda mövqelərini gücləndirir, proses son altı ildə daha da intensivləşib.

Teleqraf.com xəbər verir ki, bunu erməni keçmiş səfir Dyunik Ağacanyan deyib.

Onun iddiasına görə, ABŞ prezidentinin keçmiş müşaviri Con Boltonun 2018-ci ilin oktyabrında bölgə ölkələrinə səfərindən sonra Vaşinqton Cənubi Qafqaza marağını artırıb:

“Qərbin əsas məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiyanın bütün resurs zonasına yiyələnmək və neokolonizasiya siyasəti əsasında bölgələrə nəzarətini qurmaqdır. Bu məqsədə nail olmaq üçün Rusiyanı çıxarmalı və İranın təsiri (Ermənistana) neytrallaşdırmalıdırlar”.

Keçmiş diplomat iddia edir ki, ABŞ və Avropa Birliyi Türkiyə-Azərbaycan ittifaqının bölgədə güclənməsində maraqlıdır:

“Türklərin (Azərbaycan və Türkiyənin) regionda hegemonluğu Qərb üçün daha məqbuldur. Həm Azərbaycan və Türkiyənin iqtisadi və maliyyə resursları, həm də Türkiyənin NATO üzvü olmasına görə... Bu qüvvəni (Türkiyə-Azərbaycan ittifaqını) gücləndirmək onlara daha sərfəlidir.

Həmlələr davam edir, çünki Ermənistan rəhbərliyi öhdəlik götürüb. Bu gün onun (Nikol Paşinyan və komandasının) getməsi qeyri-mümkündür, bu, öhdəliklərini tam yerinə yetirməyincə ola bilməz”.

Ağacanyan Ermənistan və Azərbaycan arasında yeni hərbi toqquşma ehtimalına da toxunub:

“İkinci cəbhənin açılması həm Rusiya, həm də İran üçün sərfəli deyil. Çünki bu, Rusiyanın cənub sərhədləri yaxınlığında qaynar nöqtələrin aktivləşməsi demək olacaq, bu da ölkəni çətin vəziyyətə sala bilər.

İrana gəlincə, Tehran Pakistan, İraq və Əfqanıstandan sonra şimal sərhədləri yaxınlığındakı belə bir gəlişmədə maraqlı deyil. Yəni bu durumda İran parçalanma təhlükəsi ilə üz-üzə qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər