Ermənistan Azərbaycanla sərhədin 1974-78-ci illər xəritəsi əsasında müəyyən edilməsini istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Sərhədin delimitasiya və demarkasiyası komissiyaları üç ilə yaxındır fəaliyyət göstərsələr də, görüşləri müəyyən fasilələrlə keçirirlər. Tərəflər hələ də Ermənistan-Azərbaycanın sərhədlərinin hansı ilin xəritələrindən istifadə ediləcəyi barədə razılığa gəlməyiblər.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrimizdən öyrəndik ki, digər texniki təkliflərlə yanaşı, delimitasiya prosesi üçün xəritə məsələsi yanvarın 4-də sülh müqaviləsi ilə bağlı Azərbaycana göndərilən təkliflər paketinə daxildir.
1974-78-ci illər xəritəsi Ermənistan tərəfi üçün məqbuldur. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da bu xəritələrin onlar üçün məqbul olmadığını açıqlayıb”, - nəşr yazır.