8 Fevral 12:09
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Müstəqil Dövlətlər Birliyində (MDB) parçalanma əlamətləri görmür.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın Moldovadan nümunə götürüb birlikdən çıxıb-çıxmayacağı ilə bağlı suala cavabında deyib.

“Müəyyən mərhələdə həqiqətən də İrəvanın MDB platformasında aktivliyinin azalması müşahidə olunub, amma ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar. Ermənistan təşkilatın 2023-cü il oktyabrın 13-də Bişkekdə keçirilmiş sammitinin əksər qərarlarına qoşulub və MDB-nin nizamnamə orqanlarının ötən il qəbul edilmiş bütün birgə bəyanatlarını dəstəkləyib. Bu baxımdan təşkilatda heç bir parçalanma əlaməti görmürük, əksinə, çətin geosiyasi vəziyyətə baxmayaraq, MDB çərçivəsində əməkdaşlıq bütün istiqamətlərdə inkişaf etməkdə davam edir”, - diplomat bildirib.

Moldova hökuməti ilin sonunadək MDB-dən çıxmaq barədə qərar verib. Artıq rəsmi Kişinyov birliklə bağlı bir sıra sazişləri ləğv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər