Bizim vətənimiz Ermənistandır, başqalarının əraziləri yox.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sergey Baqratyan deyib.
Deputatın Ermənistan Baş naziri Nikol Paşinyanın “daşnaklar”ın ölkələrini dövlət yox, “vətənin qalığı” adlandırması və ya qonşu ölkələrə qarşı ərazi iddialarına sərt təpkisinə haqq qazandırıb.
“Mən bir şeyi bilirəm ki, bizim vətənimiz Ermənistan Respublikasıdır və onun hamımız üçün məlum olan ərazisi var. Minillik tarixin zirvəsi bu 29.8 min kvadratkilometrdir”, - Baqratyan bildirib.
Deputat ölkəsinin qonşularına (Azərbaycan və Türkiyə) ərazi iddialarının olmadığını iddia edir, bu baxımdan Ermənistan Konstitusiyası, gerbi və himninin dəyişdirilməsinin zəruriliyinə diqqət çəkib.
Baqratyan sülh müqaviləsinin imzalanmasının da vacib olduğunu söyləyib:
“Sülh bütün xalqlar üçündür, indi xalqımıza müraciət edərək, öz kökümüzdə möhkəm dayanaraq düzgün qərarlar verməliyik”.