24 Yanvar 2015 14:34
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni”QSC-nin bəzi stansiyalarında istiqamətverici lövhələr yığışdırılıb. Stansiyaların yaxınlığında tanınmış obyektlərin ünvanlarının əks olunduğu bu lövhələr nə üçün ləğv edilib?

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi xəbərə görə, ənənəvi lövhələr elektron lövhələrlə əvəz ediləcək:

“Hazırda təmir aparılan stansiyalarda həmin lövhələr yenilənir. Bu proses digər stansiyalarda da tətbiq ediləcək. Yeni lövhələr Azərbaycan və ingilis dilində olacaq. Həmin tablolar sərnişinlərə daha çox informasiya verəcək. Yaxın zamanda elektron lövhələrin quraşdırılmasına başlanacaq. Daha sonra stansiyalardakı digər yazıların elektron lövhələrlə əvəz edilməsi planlaşdırılır. Elektron lövhələr mərkəzləşmiş sistemdən idarə ediləcək”.


Müəllif:

Oxşar xəbərlər