Bu gün nəqliyyat müfəttişləri ilə taksi sürücüləri arasında qarşıdurma yaranıb.
Axar.az-ın əməkdaşının məlumatına görə, hadisə metronun “İnşaatçılar” stansiyası qarşısında baş verib. Taksi sürücüləri ilə Nəqliyyat Departamenti arasında əlbəyaxaya səbəb onlardan ərazini tərk etmək tələbi olub. Bu zaman sürücülərdən biri maşınına oturub hadisə yerini tərk edəndə departamentin xidməti avtomobilinə sürtüb. Bunun qəsd olma düşüncəsi isə davaya gətirib çıxarıb.