12 Fevral 16:56
7 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vardenisin (Dərələyəz) inkişaf etmiş iqtisadiyyatı, kənd təsərrüfatı, baytarlıq və sənayesi vardı, indi insanların heç bir işi yoxdur, sənaye və heyvandarlıq dayanıb, buğda, arpa və kartof satılmır. Üstəgəl, infrastrukturlar başqa ərazilərə köçürülür.

Teleqraf.com xəbər verir ki, bunu Dərələyəzdə etiraz aksiyası zamanı şəhər sakinləri deyiblər.

Etirazçılar iddia edirlər ki, Vardenis, Mehri və Çəmbərəkdə pasport xidmətləri bağlanacaq. Geqarkunik vilayətinin (Göyçə) bütün pasport xidmətlərinin Martuni şəhərinin pasport xidmətinə birləşdirilməsi nəzərdə tutulur. Dəyişiklik nəticəsində xidmətin adı “Martuni Miqrasiya və Dövlət Xidməti İdarəsi” olacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan baş verənləri “miqrasiya sahəsində dərin islahatlar”la bağlı olduğunu bildirib.

“Bütün cəmiyyətdə çaxnaşma var ki, Vardenisi boşaltmaq istəyirlər. Belə bir şey yoxdursa, açıq danışsınlar, xalqı sakitləşdirsinlər. Vardenisdən çıxardıqları xəstəxana, sanitar qovşaqları qaytarsınlar, indi də pasport xidmətini götürmək istəyirlər. Başqa şey yoxdursa, qaytarsınlar, yoxsa, o planı (Azərbaycana təhvil vermə - red.) həyata keçirmək istəyirlər? Camaat arasında təşviş var, amma özləri sakit oturublar”, - sakinlər bildirirlər.

Səhər saatlarından Dərələyəz və ətraf kəndlərin sakinləri şəhərə gedən əsas yolu bağlayıblar. Onlar şəhərdə pasport və viza şöbəsinin bağlanması qərarına etiraz edirlər.

Dərələyəz və Mehridə baş verənlər ermənilər arasında yeni müharibə və həmin ərazilərin Azərbaycana təhvil verilməsi müzakirələrinə yol açıb. Bu iddiada olan “Hraparak” qəzeti də ötən həftə Mehri, Dərələyəz və Çəmbərəkdəki dövlət xəstəxanaları, banklar və pasport xidmətinin bağlandığını yazmışdı. Dərələyəzdə bu gün başlayan etiraz aksiyası da bu iddia çərçivəsində keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər