13 Fevral 18:15
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel arasında Brüsseldə özəl görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sərhədindəki son insident müzakirə edilib.

Görüşdən əvvəl bir-birləri ilə salamlaşdıqdan sonra sərhəddəki son erməni təxribatına işarə edən Borrel Mirzoyandan soruşub:

“Təəssüf ki, yenə probleminiz var, hə?”

Ermənistan xarici işlər naziri ona “Təəssüf ki, bəli” cavabını verib.

Mirzoyanın Borrelə dediklərinə gəlincə, o, köhnə adəti üzrə bu dəfə də Azərbaycandan şikayətlənib, özlərinin törətdikləri təxribatı ölkəmizin üstünə yıxmağa çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər