16 Fevral 21:26
3 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ilə yeni gündəm Ermənistana heç nə verməyəcək. Çünki Brüsselin ümumiyyətlə gündəmi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“AB-nin bir gündəmi var: Rusiyaya qarşı müharibə etmək, ona mümkün qədər zərər vermək. Məsələn, Gürcüstan-AB, Ukrayna-AB, Moldova-AB münasibətlərinə baxın, bu ölkələrin avropalaşma prosesi Rusiya ilə münaqişələrə səbəb oldu. “Şərq Tərəfdaşlığı”nın gündəmi münaqişədir. Ermənistanın bu gündəmə girməsini düzgün hesab etmirəm. Üstəgəl, indiyədək Ermənistan və AB-nin belə bir gündəmi olmauıb”, - sabiq nazir müavini bildirib.

Zakaryan Avropa Birliyini Ermənistanı Rusiya ilə münaqişəyə çəkməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər