22 Fevral 12:06
5 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada (Münxen) Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyanın dəyişdirilməsi tələbini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, Münxendə növbəti razılaşma Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Aktına istinadın çıxarılması ilə bağlı olub.

Manvelyan hesab edir ki, Bakının tələbi bununla bitmir, anklavlar və Ermənistandan (Qərbi Azərbaycan) olan azərbaycanlı qaçqınların qaytarılması da təmin edilməlidir.

“Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma İrəvanın mərkəzində baş verir”, - ekspert vurğulayıb.

Onun iddiasına görə, Paşinyanın Britaniya kəşfiyyatının rəhbəri (Riçard Mur) ilə Münxendəki görüşü Ermənistanın kənardan idarə olunduğunu göstərir:

“Bu, yaxşı münasibətlərdən deyil, Ermənistan müstəmləkə olduğunu göstərir. Britaniya kəşfiyyatının rəhbəri vaxtilə Türkiyədə səfir olub, yəni türkyönümlüdür. Paşinyanla mütəmadi görüşlər Türkiyənin bu yolla Ermənistana təsirini gücləndirmək cəhdlərindən xəbər verir. Qərbin bölgədəki hərbi varlığı Türkiyə ordusunun mövcudluğu deməkdir. Britaniya Azərbaycanın enerji resurslarında ən böyük paya nəzarət edir. London azərbaycanpərəst mövqe tutur, bu, onun maraqlarına uyğundur”.

Manvelyan təkcə Ermənistan Konstitusiyasının yox, Azərbaycan və Türkiyəyə qarşı zərərli ideyaların yer aldığı gerb və himnin də dəyişdiriləcəyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər