24 Fevral 00:12
23 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan və Emmanuel Makron Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və burada Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistanı Rusiyaya xəyanətdə ittiham edib:

“Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, KTMT-yə üzvlüklərini dondururlar. Bu, Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir.

Əslində, Paşinyan və Makron Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və bölgədə Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıblar.

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər