23 Fevral 18:26
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdi ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransa və Ermənistan arasındakı son anlaşmalara diqqət çəkib:

“Parisdə Nikol Paşinyanın beynini əməllicə doldurublar. Əgər Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərinin işğalı və müharibə təhlükəsindən danışır. Bunun qarşılığında da Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər.

Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransa müdafiə naziri İrəvana gəldi və Ermənistanı yeni hərbi texnika ilə təchiz edəcəklərini vurğuladı. Ardınca, Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini donduracağı barədə açıqlaması da, Parisin planının tərkib hissəsidir. Yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu, ölkənin təhlükəsizlik təminatı olacaq.

Növbəti gediş Kremlindir. Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş, Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. Bu, İkinci Qarabağ Müharibəsindən sonra alınmadı, Kreml növbəti cəhdə baş vuracaq. Oyunçu aparsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər