27 Fevral 13:58
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kremldə oturanlar cinayətkardırsa, Rusiya ilə hər cəhətdən əlaqəmizi kəsməliyik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Demokratik Platforma” Fondunun direktoru Qaregin Miskaryan deyib.

“KTMT bizə qarşı məhdudiyyətlər tətbiq edir. Məsələn, mütləq KTMT-yə silahlarımız barədə məlumat verməliyik. Amma bilirik ki, həmin KTMT bizim müttəfiqimiz deyil, məlumatlarımızı düşmənlərə (Azərbaycanı nəzərdə tutur – red.) ötürür. KTMT-nin timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu, bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bugünkü Kreml bu gün var, sabah yoxdur, Rusiya ilə münasibətlər saxlanılmalıdır. Bizim çoxillik mədəni, iqtisadi əlaqələrimiz, maraqlarımız var, bununla belə, bu gün Kremldə oturanlar cinayətkardırsa, Rusiya ilə hər cəhətdən əlaqəmizi kəsməliyik, amma KTMT bizə mane olur”, - ekspert bildirib.

KTMT-yə Rusiya, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Belarus və Ermənistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər