Sülh müqaviləsi üzrə razılaşdırılmış bəndlər qorunmalıdır. Sənədlə bağlı danışıqların onlayn yox, üzbəüz getməsi çox vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
“Sülh müqaviləsinin mətni üzərində iş aparılarkən razılaşdırılan müəyyən bəndlər var. Danışıqlarımızın bütün mahiyyəti gərginliyi azaltmaq və dialoq əməkdaşlığının müəyyən çərçivəsini formalaşdırmaqdır, yalnız bundan sonra regionda sabitliyi bərqərar etmək mümkün olacaq. Danışıqlarda irəliləyişin olmaması daim gərginliyin arta biləcəyi qorxusunu yaradır. Amma mən məmnunam ki, indiki məqamda danışıqlar yenidən başlayıb”, - komitə sədri bildirib.