ABŞ Ermənistanda hərbi hava bazası açmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Ermənistanda Amerikanın hərbi hava bazası olacaqmı? Olacaq. Artıq zəmin hazırlanır. ABŞ-nin İrəvandakı hərbi attaşesi, polkovnik Kevin Stil və Amerika səfirliyinin Müdafiə Əməkdaşlıq İdarəsinin nümayəndələri Lori vilayətinin qubernatoru Aram Kazaryanla görüşüblər. Amerikalılar bura 40 tondan çox “humanitar yardım” gətiriblər.
Mixail Qorbaçovun dediyi kimi, proses başlayıb. Amerikanın hərbi kəşfiyyatı və humanitar yardımı məhz bundan ibarətdir.
ABŞ Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosinin İrəvanda necə qarşılandığını xatırlayaq, hətta sovet dövründə Brejnev İrəvanda belə qarşılanmamışdı”, - ekspert bildirib.