27 Yanvar 2015 13:19
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Teleqraf.com-un “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış etdilər.

Daha sonra Azərbaycan Prezidenti konfransda yekun nitqi söylədi.


Müəllif:

Oxşar xəbərlər