29 Mart 13:18
7 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller rusiyalı həmkarı Mariya Zaxarovanın aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Avropa Birliyi konfransı ilə bağlı açıqlamasına təpki verib.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib.

“Deyərdim ki, bölgədə müşahidə etdiyimiz çaxnaşmaların bir qismi Rusiyanın son bir neçə aydakı hərəkətləri ilə bağlı olub. Brüssel görüşünə gəlincə, əvvəl söylədiyim kimi, Ermənistan ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə çalışdığı üçün burada Ermənistanın iqtisadi sabitliyi məsələsinə diqqət yetiriləcək, başqa heç nə yoxdur”, - Miller vurğulayıb.

Mariya Zaxarova bundan əvvəl bildirib ki, bu cür görüşlər region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Onun sözlərinə görə, Qərb Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına yox, dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daxil olmaq və yeni ayırıcı xətlər yaratmağa çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu