4 Aprel 15:05
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı konkret tarix yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Van Kostanyan deyib.

Erməni diplomatın sözlərinə görə, razılaşmaların yerinə yetirilməsi məsələsi yazılı formada olmalıdır ki, delimitasiya və demarkasiya prosesi Almatı bəyannaməsi əsasında aparılsın.

“Hazırda delimitasiya və demarkasiya ilə bağlı dəqiqlik yoxdur, başqa şərh verə bilmərəm. Hər iki tərəfdən razılaşmalar olarsa, hər iki tərəf bunu yayımlayacaq”, - Kostanyan bildirib.

Ermənistan rəsmisi vurğulayıb ki, İrəvan sülh prosesində iştirakını davam etdirir.

“Proses dayanmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər