9 Aprel 13:44
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin deputatı, hərbi cinayətkar Seyran Ohanyan yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, separatçı iddialarını davam etdirən Ohanyan Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına qarşı çıxıb.

Təxribatçı ritorikasında bir qədər də irəli gedən bu kəndlərin “erməni” olması sayıqlamasını dilə gətirib.

“Bunlar erməni kəndləridir, bizim nəzarətimizdədir”, - hərbi cinayətkar deyib.

Seyran Ohanyan bundan əvvəl Ermənistan ordusunu ölkə rəhbərliyinə tabe olmamağa, kəndlərin təhvil verilməsinin qarşısını almağa çağırıb. Ondan fərqli olaraq, digər hərbi cinayətkar, keçmiş prezident Serj Sərkisyan kəndlərin 1990-cı illərdə işğal edildiyini dolayısı ilə etiraf edib. Amma o da buna rəğmən, ərazilərin qaytarılmasına qarşı çıxıb.

Hər iki şəxs 1990-cı illərdə Azərbaycan ərazilərində törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər