Cənubi Qafqazda gedən Qərb-Rusiya mübarizəsi Zəngəzur dəhlizinə nəzarətlə əlaqəlidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
“İraq, Suriya və Türkiyədən lazım olan hər şeyi nəzarətsiz Qazaxıstana çatdırmaq üçün xətt Ermənistandan (Zəngəzur) keçəcək. Yüklər Suriya və İraqdan Türkiyəyə daşınacaq, buradan da Ermənistan üzərindən Azərbaycana çatdırılacaq. Məncə, Zəngəzur dəhlizinin Qərb üçün əhəmiyyəti də bu məsələdədir. Rusiya tərəfi bunun qarşısını almaq üçün hər şeyi edir. Rusiyanın 10 noyabr bəyanatının 9-cu bəndi üzrə açılacaq kommunikasiyalara nəzarəti öz üzərinə götürməsi təsadüf deyildi. Ermənistan da həmin bəndin yerinə yetirilməməsi üçün hər şeyi edir. Mübarizə gedir. Paşinyan Qərbin yanındadır”, - ekspert bildirib.
Nahapetyan açılacaq Zəngəzur dəhlizinin Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz keçidi təmin edəcəyini də vurğulayıb.