ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə baş verən hadisələrə görə istirahət gününü yarımçıq qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, siyasətçi milli təhlükəsizlik komandası ilə birlikdə iqamətgahı tərk edib.
Qeyd edək ki, İran Hörmüz boğazında "MSC Aries"-in ələ keçirildiyini təsdiqləyib.
Qaçırılan konteyner gəmisi hazırda İranın ərazi sularına doğru gedir. Agentliyin məlumatına görə, gəmi Portuqaliya bayrağı altında üzürdü. Və onun sahibi israilli milyarder Eyal Oferə məxsusdur.
Hücum İsrailin Dəməşqdəki konsulluğuna hücumuna görə İranın qisas alması kimi təsvir edilib, bundan sonra İran prezidenti İbrahim Rəisi cavab olaraq İsrailə hücum edəcəyinə söz verib.
Güman edilir ki, İran gələcəkdə İsraillə əlaqəli hədəflərə qarşı daha çox hücumlar təşkil edə bilər.