20 Aprel 19:24
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Delimitasiya və demarkasiya olunmuş dövlət sərhədi olmasa, faktiki müharibə təhlükəsi altında yaşayacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan deyib.

Onun sözlərinə görə, Bakı və İrəvanın sərhəd komissiyalarının son iclasında tənzimlənmə prosesi üçün mühüm addımlar atılıb:

“2022-ci ildə bizim üçün çox mühüm nailiyyət oldu. Oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan yazılı şəkildə razılaşdı ki, 1991-ci ildə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyırlar. Bu bəyannamə delimitasiya prosesinin siyasi əsası olacaq.

(Ermənistanın radikal müxalifətinin) Media manipulyasiyasının qurbanı olan vətəndaşlarımızı arxayın edirlər ki, “Tavuşun kəndləri”ni təhvil verirlər. Düzdür, biz bu yalan tezisi bütün mümkün vasitələrlə və hallarda inkar edirik, amma bir daha demək istəyirəm ki, Ermənistanın suveren ərazisinin bir kvadratı belə təhvil verilməyəcək. Bəyannamə əsasında Ermənistan və Azərbaycan ilk dəfə olaraq delimitasiya olunmuş dövlət sərhədinə sahib olacaq. Delimitasiya olunmuş dövlət sərhədinin olmadığı indiki vəziyyətdə faktiki olaraq müharibə təhlükəsi altındayıq”.

Akopyan Azərbaycana təhvil veriləcək dörd kəndin Ermənistana məxsus olmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu