24 Aprel 16:21
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dörd kəndinin qaytarılması ABŞ-dəki erməni lobbisini hiddətləndirib.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekspert ABŞ-dəki erməni lobbisinin Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Əvvəlcə ANCA adlı erməni-amerika şəbəkəsi (“Amerika Erməniləri Milli Komitəsi”) Azərbaycanın “etnik təmizləmə” apardığını iddia edərək, əleyhimizə geniş siyahı hazırlamaqla məşğul olduğunu açıqladı. Ardınca ABŞ Nümayəndələr Palatasının üzvü Dina Titus erməni diasporunun fəalı kimi, Azərbaycanda “müxalifətin hüquqlarının pozulması” bəhanəsilə bu həftə Konqresiə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan “qanun layihəsi” təqdim edəcəyini bəyan etdi. Məlum oldu ki, prosesə ötən ildən hazırlıq gedirmiş.

Bədnam təşəbbüsün qondarma erməni soyqırımının ildönümü - 24 aprel ərəfəsində gündəmə gəlməsi çox maraqlıdır. Görünən budur ki, dörd kəndin qaytarılması Amerikadakı erməni lobbisini bərk küsdürüb. Beləliklə, ilk dəfədir ki, Azərbaycanın hərbi elitası sanksiyalarla hədələnir.

Gördüyümüz başqa bir məqam da budur ki, ABŞ-də pulun nə qədər çoxdursa, sözünüz də, səsiniz də o qədər eşidiləcək. Qorxuram ki, qoca Bayden sözün hər mənasında gedərayaq öz pisliyi ilə yadda qalsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər