Deputat Los-Ancelesdə “Sefer Tora”nı Bakıya gətirəcək
Milli Məclisin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, deputat Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan “Sinay” sinaqoqunda keçiriləcək xüsusi dəri üzərində hazırlanmış Tövratın (“Sefer Tora”) təqdimat mərasimində iştirak edəcək. Tədbirdə Azərbaycan və Amerika yəhudiləri arasında yaranmış əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq və ABŞ Yəhudi icmaları tərəfindən müqəddəs “Sefer Tora” Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlanacaq.
Səfər fevralın 4-də başa çatacaq.
Nemət