4 İyun 11:49
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyrimli kəndində qanunsuz ev tikən ermənilərə iyunun 24-dək ərazidən çıxmaları üçün vaxt verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Ermənilər işğal dövründə Qazax rayonunun Xeyrimli kəndinin bir hissəsini “Kirantsın ərazisi” adı ilə mənimsəmək istəsələr də, bu separatçı cəhdləri alınmayıb. Bu istiqamətdə sərhədin demarkasiyası nəticəsində Qızılhacılı, Bağanıs Ayrım və Aşağı Əskipara kimi, Xeyrimlinin də tam şəkildə Azərbaycana qaytarılması razılaşdırılıb. Artıq kəndlər Azərbaycanın nəzarətinə verilib və ərazidə sərhədçilərimiz yerləşdirilib. Xeyrimlinin mənimsəmək istədikləri hissəsində isə hələ də qanunsuz yaşayanların olduğu bildirilir.

Erməni nəşri qeyd edir ki, Kirants-Xeyrimli istiqamətində aparılan sərhəd xəttinin müəyyənləşdirilməsi nəticəsində Azərbaycana qaytarılan ərazidə qanunsuz tikilmiş iki evdən birinin sahibi dünəndən evini sökməyə başlayıb.

“Azərbaycana təhvil verilən ərazidəki iki evin sahiblərinə möhlət verilib: iyunun 24-dək evləri boşaltmalıdırlar. Yəni iyunun sonunda Azərbaycan sərhədçiləri həmin hissəyə daxil olacaqlar”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər