5 İyun 08:42
7 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə baş tutan görüşünü müsbət qiymətləndirir:

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verir. Bu istiqamətdə daha bir mühüm addım da atılıb, Moskva artıq iki dəfə, 2023-cü ilin may-iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarının raundlarını qəbul edib. Rusiyanın iki qardaş xalqının barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyi və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışının təşviqini davam etməyə hazırıq”.

Qaluzin Azərbaycan-Ermənistan təmasları üçün platforma yaradan Astananın rolunu da yüksək qiymətləndirib:

“Belə görüşlərin 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli anlaşmalara uyğun olması vacibdir, bu da sülh müqaviləsinin bağlanmasından əlavə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi xətlərin blokadadan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi, açıq sərhəd və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafını nəzərdə tutur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər