Azərbaycan hərbçisinin mümkün sərhədi keçməsi ilə bağlı Milli Təhlükəsizlik Xidmətində (MTX) faktiki məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.
“Əgər bizdə yeni məlumatlar olarsa, dəqiqləşdirəcəyik”, - xidmət bildirib.
Xatırladaq ki, bu gün səhər tezdən Azərbaycan Müdafiə Nazirliyi əsgər Ceyhun Hüseynovun Naxçıvanın Şərur rayonunun Günnüt kəndindən itkin düşdüyü barədə məlumat yayıb.