Bəli, biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bəyan etmişik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Fikrimizcə, sülh sazişinin hazırkı mətni kifayət qədər yetkindir və bu, son cümlələrə uyğunlaşdırıla, əvvəllər müəyyən edilmiş ikitərəfli sazişlər əsasında yekun formaya gətirilə və imzalana bilər.
Azərbaycan Prezidentinin (İlham Əliyev) özü bəyan etdi ki, rəsmi Bakı Praqa anlaşması və Almatı bəyannaməsinə sadiqdir. Biz o prinsipləri Brüssel, Soçi və Praqa bəyanatlarında da qeydə almışıq”, - baş nazir bildirib.