Rəsmi Bakı Ermənistan Baş naziri Nikol Paşinyanın sərhəddə gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizmin yaradılması ilə bağlı təklifinə hələ cavab verməyib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Problemin (atəşkəsin pozulması halları) həlli kimi Azərbaycana müvafiq idarələr arasında birgə araşdırma mexanizminin yaradılmasını təklif etmişik, bu, istintaq komissiyası və ya başqa orqan ola bilər. Bununla biz və beynəlxalq ictimaiyyət etibarlı məlumat əldə etmiş olarıq. Bakı hələ ki, cavab verməyib”, - katib bildirib.