3 İyul 12:20
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hökuməti Ermənistan konstitsusiyasını dəyişdirməyə cəhd eləsə, revanşist “Vətən naminə Tavuş” Hərəkatı yenidən itaətsizlik aksiyalarına başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Məsələ Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın bir sıra partiyalarla qapalı toplantısında müzakirə olunub.

“Əgər Paşinyan yaxın vaxtlarda Ermənistan konstitusiyasını dəyişdirmək qərarına gəlsə, hərəkat yenidən yeni sürətlə, böyük güclə küçələrə çıxacaq, itaətsizlik aksiyaları davam edəcək, mitinqlər keçiriləcək. Gözlənilməz hadisələr baş verməsə, payızda “Vətən naminə Tavuş” Hərəkatı yenidən aktivləşəcək”, - məlumatda deyilir.

Nəşr xatırladır ki, dayanıqlı sülh üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.

Toplantıda həmçinin qeyd olunub ki, hərəkat Qalstanyanın rəhbərliyi ilə heç nəyə nail olmayıb, belə davam etsə, yenə nəticə əldə etmək mümkün olmayacaq. Bu etirafı da iclasda iştirak edən Ermənistan hökumətinin keçmiş xüsusi səfiri Edmon Marukyan dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu