3 İyul 16:26
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltikyanı ölkələr var gücləri Ermənistanı Rusiyadan, postsovet məkanında gedən inteqrasiya proseslərindən ayırmağa çalışır və Cənubi Qafqazda son dərəcə dağıdıcı xətt həyata keçirirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini Andrey Nastasyin deyib.

“Cənubi Qafqaza gəlincə, Tallin, Riqa və Vilnüs son dərəcə dağıdıcı xətt çəkirlər. Bütün gücləri ilə Ermənistanı Rusiyadan ayırmağa, onu bizim ümumi inteqrasiya mexanizmlərimizdən, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarmağa, Avroatlantik perspektivlə ələ keçirməyə çalışırlar”, - rusiyalı diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər