Ermənistanda sülh müqaviləsinin imzalanması ilə bağlı gecikmə yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Biz bunu imzalamağa hazırıq”, - spiker əlavə edib.
Delimitasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, Simonyan bildirib ki, proses davam edir:
“Uğur qazanacağımıza əminik”.