13 İyul 23:05
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini bildirib ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, – məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər