Ermənilərin terrorçu “Hay Dat” təşkilatının Kanadadakı ofisinin nümayəndələri ilə bu ölkənin xarici işlər naziri Melani Coli arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın mərkəzi ofisi məlumat yayıb.
Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə toxunan kanadalı nazir ölkəsinin bölgədə sülhdə maraqlı olduğunu iddia edib.
Coli çıxışında Azərbaycanın ünvanına təxribatçı və skandal fikirlərə yer verib. “Kanadanın Azərbaycana təzyiqi”ndən danışan nazir ölkəmizi işğalçı Ermənistanın ərazi bütövlüyünə hörmət (?) etməyə çağırıb.
Coli Bakıda həbsdə olan erməni separatçı və terrorçularına da qahmar çıxıb. Terrorçuların xalqımıza və insanlığa qarşı törətdiyi cinayətləri gözardı edən Kanada rəsmisi “erməni məhbusları” adlandırdığı bu ünsürlərin azad edilməsinin önəmindən danışıb. O, bu yöndə ermənilərə yardım və “Azərbaycana təzyiq” vədini verib.
Sitat: “Kanada Azərbaycana Ermənistanla münaqişənin danışıqlar, sülh və siyasi yolla həllinə, Helsinki prinsiplərinə riayət etməklə, saxlanılan erməni məhbusları azad etməyə, Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa, güc tətbiq etməkdən və hədə-qorxu gəlməkdən çəkinmək üçün Azərbaycana təzyiq göstərməyə davam edəcək”.
Melani Coli anti-Azərbaycan mövqeyi ilə seçilən şəxsdir. Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra ölkəmizlə bağlı təxribatçı çıxışlar etməyə başlayan nazir ötən il dəstək nümayişi kimi Ermənistana səfər eləmişdi.