20 Avqust 16:49
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenicə həbsdən azad edilmiş Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan siyasətlə məşğul olacağı ilə bağlı iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Tonoyan jurnalistlərə açıqlamasında bu söz-söhbəti “qeyri-ciddi” adlandırıb.

“İndi mən sizə bir sual vermək istəyirəm: doğrudanmı mən belə qeyri-ciddi insan təəssüratı yaradıram? Söhbət aksiyalarda iştirak etməkdən və ya etməməkdən getmir. Məsələ budur ki, mənim hələ də siyasətlə məşğul olmaq istəyim yoxdur. Söhbət hakimiyyət uğrunda mübarizədən gedir, mən həmişə siyasətlə məşğul olmuşam, düz 30 il”, - sabiq nazir bildirib.

Davit Tonoyan 44 günlük müharibədən əvvəl Azərbaycana qarşı “yeni müharibə - yeni ərazilər” sayıqlaması ilə gündəmə gəlmişdi. Məhz onun rəhbərlik etdiyi Ermənistan ordusu yeni müharibədə darmadağın edildi və bütün Azərbaycan əraziləri azad olundu. Özü isə müharibədən bir il sonra (2021) orduya yararsız silah almaq və mənimsəmə ittihamı ilə həbsə atıldı.

Tonoyan avqustun 15-də girov müqabilində azadlığa buraxılıb, barəsində başlayan məhkəmə prosesi davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər